Reklam
Reklam

Tarix terminləri lüğəti

kadet korpusu

Orta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəb.

K.K.-nun məzunları, bir qayda olaraq, orta və ali hərbi məktəblərə imtahansız qəbul ediliblər. İlk K.K.-ları 1653-cü ildə Prussiyada zadəgan övladlarını hərbi xidmətə hazırlamaq məqsədilə yaradılıb, daha sonra belə təhsil müəssisələri Fransa, Rusiya və Polşada açılıb. Tədricən digər silklərin nümayəndələrinə də K.K.-na daxil olmaq hüququ verilib, bununla belə, həmin təhsil müəssisələrinin kursantları həmişə, əsasən, zadəgan övladlarından ibarət olub. 1917-ci ildə Rusiyada 29 K.K. fəaliyyət göstərib, 1918-ci ildə isə onların hamısı ləğv edilib.

See also:

Tarix terminləri lüğəti