1. Yaş eləmək, islaq hala gətirmək. □ Çatıldı qaşların, darıldın mənə; İslatdı jalələr nazik bədəni. (Ə.Cavad).
2. Su çiləyib, su vurub yaşlatmaq, nəmlətmək. □ Kərbəlayı Qulu usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə suallar elədi. (Y.V.Çəmənzəminli).
3. İslanmaq üçün suya (və s. məhlula) qoymaq, suda saxlamaq. □ Düyü islatmaq.
4. Məcazi mənada: döymək, kötəkləmək, əzişdirmək. □ Sair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar. (Ə.Haqverdiyev).
See also: