isfandiyar (əslində esfandeyar) sözü dilimizə Allahın bağışladığı, Tanrının hədiyyəsi, Allahın yadigarı kimi tərcümə olunur.
Adətən İsfəndiyar kişi adı şəmsi təqvimində isfənd (fars dilində esfand) ayının adı ilə də əlaqələndirilir. Qədim şəmsi təqvimində on ikinci ay esfand adlanır (miladda 20 fevral- dan 20 marta qədərki dövrü əhatə edir). Vaxtilə həmin ayda anadan olan qızlara İsfənd (farsca esfand), oğlanlara isə İsfəndiyar (farsca esfandeyar) adı qoyurmuşlar. İranın Kəyan sülaləsi şahlarından Kəştasibin oğludur. İran mifologiyasında İsfəndiyar əfsanəvi hökmdar kimi təqdim edilir. Məşhur Rüstəm Zalın rəqibi olmuşdur. Klassik Şərq poeziyasında İsfəndiyar qüdrətli hökmdar rəmzi kimi, Rüstəm isə yenilməz pəhləvan rəmzi kimi tez- tez rast gəlinir. Ə.Firdövsinin “Şahnamə” əsərində İsfəndiyarın Rüstəmlə döyüş səhnələri təsvir olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti