İşarə məqsədilə işlədilən əvəzliklər: o, bu, elə, belə, həmin.
İşarə əvəzliklərinin hamısı sifəti, o, bu əvəzlikləri həm də ismi, elə, belə əvəzlikləri isə həm də zərfi əvəz edə bilir; məs.: Bu qələmlə yaz (sifət). Belə danışma (zərf). O, bu əvəzlikləri mənsubiyyət şəkilçilərini qəbul etmir. Elə, belə işarə əvəzlikləri yalnız III şəxsdə mənsubiyyətə görə dəyişməklə hallana, cəmlənə və xəbərlik şəkilçisi qəbul edə bilir; məs.: eləsi, eləsinin, beləsinə, belələrindən, belədir və s. O, bu əvəzlikləri mübtəda vəzifəsində işlənərkən özündən sonra feil (feili sifətdən başqa), əvəzlik və köməkçi nitq hissələri (modal sözlərdən başqa) gələrsə, vergül qoyulmur; məs.: O danışdı. Bu həm sizin, həm də bizim işimizdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti