1. Durduğu yerdən bir qədər qabağa itələmək, qabağa çəkmək. □ Stulu bir az irəlilətmək. 2. İnkişaf etdirmək, tərəqqisini sürətləndirmək. □ “Molla Nəsrəddin” jurnalının nəşri Azərbaycan jurnalistikasını böyük bir təkanla irəlilətdi.