İpəkçiliklə bağlı oxunan əmək nəğmələri.
İ.N. xalq arasında bəzən kümçü (gümçü, kümzar) nəğmələri adı ilə tanınır. Bu nəğmələrdə, əsasən, ipəyin gözəlliyi, zərifliyi, baramanın əhəmiyyəti, onun bədnəzərdən qorunması və s. tərənnüm edilir:
Çıxdı qızım
Tərəcəyə,
Büküb qoydum
Bələcəyə.
Naz-naz olsun.
Yarpağı
Az-az olsun.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti