1. Biologiya. Xromosomun daxili hissələrindən birinin 180 dərəcə dönməsi nəticəsində onun quruluşunun dəyişməsi. □ Bioloji inversiya.
2. Coğrafiya. Təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlara zidd olaraq əks istiqamətdə inkişaf etməsi və/və ya yayılması.
3. Riyaziyyat. Verilmiş O (R) çevrəsinə nəzərən müstəvi nöqtələrinin çevrilməsi. □ İnversiya əmsalı.
4. Dilçilik. Cümlədə adi söz sırasının dəyişdirilməsi ilə yaradılan bədii ifadə üsulu. □ İnversiyadan cümlədə yeri dəyişdirilən sözü vurğulamaq, cümləyə xüsusi məna vermək, poetik mətndə vəzn və qafiyə yaratmaq məqsədilə istifadə olunur.
See also: