Reklam
Reklam

Tarix terminləri lüğəti

inkişaf etmiş ölkələr (İEÖ)

Yüksək səviyyədə iqtisadi və ictimai inkişafa nail olmuş müstəqil ölkələr qrupu.

Bu ölkələr ümumi daxili məhsulun həcminə, adambaşına düşən gəlirə görə dünyada aparıcı yerlər tutur, milli iqtisadiyyatın strukturu, dünya bazarında hakim mövqeləri ilə başqalarından fərqlənir. İEÖ-in beynəlxalq səviyyədə qəbul olunmuş ümumi tərifi yoxdur, lakin BMT və Beynəlxalq Valyuta Fondu kimi böyük təşkilatlar onların sırasına, əsasən, Avropanın, Şimali Amerikanın, qismən Asiyanın, Okeaniyanın 40-60 ölkəsini, o cümlədən Avstraliyanı daxil edirlər.

See also:

Tarix terminləri lüğəti