Sosial-iqtisadi inkişafda dünyanın aparıcı ölkələrindən xeyli geri qalan, istehsal vasitələrinin çatışmazlığı, aqrar sektorun iqtisadiyyatda böyük həcmi, emal sənayesinin zəif inkişafı, əhalinin yüksək artım sürəti, işsizlərin sayının çoxluğu və s. ilə xarakterizə olunan müstəqil ölkələr qrupu.
Belə ölkələrdə ümumi daxili məhsulun həcmi və adambaşına düşən gəlir aşağı olur. BMT Asiya, Afrika və Latın Amerikasının əksər dövlətlərini İEOÖ sırasına daxil edir.
Coğrafiya terminləri lüğəti