1918-ci ilin yazı və yayında Azərbaycanın Osmanlı dövlətinə birləşməsini təbliğ edən siyasi cərəyanın ardıcılları.
Anarxiya və xaos, milli qırğın və iqtisadi tənəzzül, bolşevik-daşnak təhdidləri və dövlətçilik ənənələrinin zəifliyi şəraitində ölkə əhalisinin bir qisminin çıxış yolunu qardaş Türkiyəyə birləşməkdə görməsi təbii sayıla bilərdi. Lakin Milli Şuranın və hökumətin fəaliyyətindən narazı olan bəzi ictimai-siyasi qüvvələr bundan öz şəxsi maraqları üçün istifadə etməyə çalışaraq İ.-a qoşulmuş, vəziyyəti daha da mürəkkəbləşdirmişdilər. İ.-ın həmin dövrdə türk qoşunlarının Azərbaycandakı komandanı Nuru paşa tərəfindən dəstəklənməsi isə ölkənin dövlət müstəqilliyini təhlükə altında qoyan iyun böhranına gətirib çıxarmışdı.
Tarix terminləri lüğəti