Reklam
Reklam

Tarix terminləri lüğəti

ictimai əmək bölgüsü

Əmək fəaliyyətinin ayrı-ayrı növlərinin tarixən təşəkkül tapmış ayrılması, dəyişməsi və oturuşması prosesi.

Bu proses çoxsaylı əmək fəaliyyəti növlərinin keyfiyyətcə diferensasiyası və gerçəkləşməsində özünü göstərir. İ.Ə.B. – vahid əmək prosesinin ayrı-ayrı hissələrə bölünməsi və hər hissə ilə nisbətən dar sahədə ixtisaslaşmış işçilərin məşğul olmasını nəzərdə tutur. Bu, yüzlərlə müxtəlif peşə və sahələrin yaranmasına səbəb olur. Təkamül və elmi-texniki tərəqqi prosesində əsas nailiyyətlər hələ qədim dövrlərdən məhz İ.Ə.B. sayəsində qazanılıb; məs.: əkinçiliyin maldarlıqdan ayrılması – birinci, sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması – ikinci, ticarətin sənətkarlıqdan ayrılması isə üçüncü İ.Ə.B. sayılır.

Tarix terminləri lüğəti