1. İnsan cəmiyyətinə aid olan; cəmiyyətdə insanların həyat və münasibəti ilə bağlı olan, cəmiyyətdə cərəyan edən, cəmiyyətdə törəyən, cəmiyyətin həyatına aid olan. □ İctimai quruluş. İctimai həyat.
2. Cəmiyyətin siniflərə, qruplara bölünməsi ilə əlaqədar olan. □ Əhalinin ictimai tərkibi. İctimai qruplar.
3. Kollektivin siyasi, mədəni, həmkarlıq və s. ehtiyaclarına könüllü xidmətlə bağlı olan. □ İctimai iş. İctimai vəzifə.
4. Hamıya, bütün cəmiyyətə məxsus olan; kollektiv, ümumi, ellik. □ İctimai gəlir. İctimai mülkiyyət.
See also: