Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

hüquq [hüquk'] isim ər. “həqq” sözünün cəmi

1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri tənzimləyən normaların, qaydaların məcmusu. □ Hüquqi aktlar.

2. Həmin qayda və normalar haqqındakı qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi. □ Cinayət hüququndan mühazirə.

3. Bir iş görmək, bir şeyi həyata keçirmək üçün dövlət qanunları ilə verilən azadlıq, imkan, ixtiyar; haqq, əsas. □ Seçki hüququ.

4. Arxaizm. Əmək haqqı, zəhmət haqqı; maaş, aylıq, donluq. □ ..Həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. (C.Məmmədquluzadə).

See also:

jurnalistika: bilmək hüququ jurnalistika: cavab hüququ jurnalistika: əqli mülkiyyət hüquqları jurnalistika: əlaqəli hüquqlar jurnalistika: informasiya əldə etmək hüququ jurnalistika: intellektual mülkiyyət hüququ jurnalistika: jurnalistin hüquqları jurnalistika: məlumat almaq hüququ jurnalistika: müəlliflik hüququ jurnalistika: müəlliflik hüququnun obyekti jurnalistika: telefon hüququ jurnalistika: təkzib hüququ frazeologizm: hüquq qazanmaq frazeologizm: hüququnu tapdalamaq Azərbaycan dilinin izahlı lüğəti