yun. hiksos – hərfi mənası: çoban hökmdarları
Əvvəlcə Ön Asiyada məskunlaşmış, təxminən e.ə. 1700-cü ildə yürüş edərək Aşağı Misiri və Yuxarı Misirin bir hissəsini tutmuş köçəri tayfalar qrupu.
E.ə. XVII əsrin ortalarında H. Aşağı Misirdə öz sülalərini yaradıblar və Avaris paytaxt şəhərinin əsasını qoyublar. Misirlilərin üsyanı nəticəsində təxminən e.ə. XVI əsrin ortalarında hakimiyyətdən devrilən H.-ın qalıqları Fələstin ərazisinə çəkilib. Bundan sonra onların tarixdə izlərinə rast gəlinmir. H.-ın Misirdə hökmranlığı dönəmi “ikinci keçid dövrü” adlanır.
Tarix terminləri lüğəti