1887-ci ildən etibarən çar Rusiyasının Azərbaycan kəndlilərinin üzərinə qoyduğu xüsusi vergi növü.
Rusiyada 1874-cü ildən tətbiq olunmuş ümumi hərbi mükəlləfiyyət 1886-cı ildə Cənubi Qafqaza şamil olunsa da, çarizm azərbaycanlılara etibar etmir, onları orduya çağırmırdı. Bu səbəbdən rus müstəmləkəçiləri azərbaycanlılardan orduya səfərbərlik əvəzinə H.X.V. alırdılar. Həmin vergi səfərbər edilməli şəxsin üçillik orta qazancı nəzərə alınmaqla müəyyən olunurdu.
Tarix terminləri lüğəti