Reklam
Reklam

Tarix terminləri lüğəti

hərbi vəziyyət

Ali dövlət hakimiyyəti orqanı tərəfindən müstəsna hallarda (müharibə, təcavüz təhlükəsi, təbii fəlakət və s.) ölkədə, yaxud onun bir hissəsində tətbiq olunan xüsusi hüquqi vəziyyət.

H.V. hakimiyyət qurumları tərəfindən qanunda nəzərdə tutulmuş hallarda ölkədə təhlükəsizliyin, eləcə də ictimai asayişin qorunmasına yönəlmiş fövqəladə tədbirlərin həyata keçirilməsi ilə səciyyələnir. Bu zaman dövlət hakimiyyəti orqanlarının bir çox funksiyaları hərbi qurumlara keçir, insan hüquq və azadlıqları müəyyən dərəcədə məhdudlaşdırılır. Hərbi hakimiyyətin əmr və sərəncamlarına itaətsizliyə görə müharibə dövrünün qanunlarına uyğun daha yüksək məsuliyyət müəyyən olunur.

Tarix terminləri lüğəti