Dövlət tərəfindən xüsusi mühafizə olunan və mətbuatda açıqlanması qadağan edilən hərbi xarakterli məlumatlar.
H.S. – dövlət sirrinin əsas tərkib hissəsidir. Azərbaycan qanunvericiliyinə görə, H.S.-lərə aiddir: silahlı birləşmələrin quruculuq planları; strateji və əməliyyat planları; döyüşü idarəetməyə dair sənədlər; silahların və hərbi texnikanın inkişafının istiqamətləri, taktiki-texniki xarakteristikaları; xüsusi əhəmiyyətli obyektlərin yeri, təyinatı, müdafiə olunma dərəcəsi; qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu; şəxsi heyətinin sayı və s. haqqında informasiyalar.
Jurnalistika terminləri lüğəti