Reklam
Reklam

Tarix terminləri lüğəti

hərbi mükəlləfiyyət

Əhalinin öz ölkəsinin silahlı qüvvələrində qanunla təsbit olunmuş hərbi xidmət borcu, həmçinin vətənin müdafiəsi ilə bağlı konstitusion borcu yerinə yetirmək hüququ.

H.M. ilk dəfə 1798-ci ildə Fransada həyata keçirilib. XIX əsrdə isə digər dövlətlərdə tətbiq olunub. Lakin XXI əsrin əvvəlində dünyanın bir çox dövlətləri – ABŞ, Çin, Qərbi Avropanın əksər dövlətləri, Yaponiya, Hindistan, Kanada, Avstraliya və s. dinc dövrdə H.M.-dən imtina edib. İsrail, Cənubi Koreya, Sinqapur, Azərbaycan da daxil olmaqla bütün postsovet ölkələrində isə H.M. həm dinc, həm də müharibə şəraitində qüvvədə qalır.

Tarix terminləri lüğəti