1. Kənarlarına haşiyə tikilmək, haşiyə çəkilmək, çərçivəyə alınmaq, çərçivəyə salınmaq. □ Burada Azərbaycan kənd təsərrüfatı qabaqcıllarının gözəl işlənib haşiyələnmiş portretlərinə də baxdıq.
2. Məcazi mənada: dövrələnmək, çevrələnmək. □ ..ay işığında qara kölgə ilə haşiyələnmiş gözlərinə baxaraq, əlimi iri, cod və gözəl əlindən çəkmədən susurdum. (İ.Əfəndiyev).