alm. gilde – korporasiya, birlik
1. Geniş mənada: orta əsrlərdən başlayaraq Avropada müxtəlif dini, siyasi dərnəklər, habelə qarşılıqlı yardım və müdafiə sahəsində, peşə, yaxud sənət üzrə insanların birlikləri.
Bir sıra ölkələrdə ayrı-ayrı sahələrdə belə G.-lar indi də fəaliyyət göstərir; məs.: Amerika Rejissorlar G.-sı, Rusiya Kinoaktyorları G.-sı.
2. Dar mənada: tacirlər birliyi.
XI əsrin sonu – XII əsrin əvvəlində İngiltərə, Fransa, Almaniya və Flandriyada tacir G.-larının yaranması şəhərlərarası və beynəlxalq ticarətin tələblərindən irəli gəlib. G.-da birləşmiş tacirlər daşınma zamanı malların təhlükəsizliyini, gömrük imtiyazlarının əldə olunmasını, malların əlverişli qiymətlərlə satılmasını, müəyyən hüquqi problemlərin optimal üsullarla həllini təmin edə biliblər. Kapitalizmin inkişafı ilə əlaqədar tacir G.-ları sıradan çıxıb.
See also:
Tarix terminləri lüğəti