1. Toyu keçirilən, ərə gedən qız; təzəcə toyu olmuş, ərə getmiş cavan qadın. □ Gəlin havası. Gəlin gətirmək.
2. Qayınanaya, qayınataya görə oğlun arvadı. □ Sədəf öz gəlinini qucaqlayaraq məhzun baxışları ilə onu süzdü.(S.Vəliyev).
3. Məcazi mənada: çox bəzəkli, gözəl, qəşəng, xoşagələn şey haqqında. □ Azərbaycanın Göygöl kimi gözəl və misilsiz bir gəlini var. (M.İbrahimov).
4. Uşaq oyuncağı; kukla. □ Səntək qızlar hələ gəlin oynadar. (C.Məmmədquluzadə).
See also: