1. Tarix. Bir valinin idarəsi altında olan ölkə. □ Həmədan ilə Bağdad, Həmədan ilə İraq, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. (M.S.Ordubadi).
2. Coğrafiya. Bəzi dövlətlərdə: ölkənin bölündüyü inzibati rayonların hər biri; vilayət, mahal. □ 1918-ci ilin yaz və yay fəsillərini İranın Gilan əyalətində keçirmişdim. (S.Hüseyn).
3. Coğrafiya. İri mərkəzlərdən uzaq olan yer, ümumiyyətlə, ölkənin paytaxtdan, mərkəzdən uzaq olan ərazisi. □ Nəhayət, əyalətdə işləyən görkəmli bir vücud xanım Süsəni götürüb Tehrana apardı. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğəti