Reklam
Reklam

Tarix terminləri lüğəti

ensiklopedistlər

yun. enkyklios paidèia – əhatəli maarifləndirmə, məlumatlandırma < en-lı, -li şəkilçisi + kyklos – çevrə, əhatə + paideia – maarifləndirmə

Ensiklopediya, yaxud elm, incəsənət və peşələrə dair izahlı lüğət” adlı ilk müasir sorğu kitabının tərtib olunmasında iştirak etmiş fransız maarifçiləri.

Ensiklopediyanın tərtibatçıları sırasına Monteskyö, Volter, Helvetsi, Russo, Holbax, Büffon, d`Alamber, habelə o dövrün bir sıra digər tanınmış mütəfəkkir, alim və ictimai xadimləri daxil olublar. Bir çox məsələlərdə onların baxışları üst-üstə düşməsə də, işə rəhbərlik edən Didronun bacarıqlı fəaliyyəti sayəsində  ensiklopediya həmin dövrdə mütərəqqi ideyaların carçısına çevrilib. Bundan narahatlıq keçirən kral şurası sorğu kitabının I–II cildləri 1751–1752-ci illərdə işıq üzü gördükdən sonra onun nəşrini yasaqlayıb. Lakin ictimai təzyiq nəticəsində 1753-cü ildə kral həmin qadağanı ləğv etməli olub. 38 cilddən ibarət ensiklopediyanın nəşri 1780-ci ildə başa çatıb.

Tarix terminləri lüğəti