lat. malvaceae
İkiləpəlilər sinfinin fəsilələrindən biri.
Əsasən ot bitkiləri olsalar da, nümayəndələri arasında kol və ağac bitkiləri də vardır. Dünyada 1600-dən çox növü özündə birləşdirən 90 cinsi yayılmışdır. Azərbaycan florasına isə 9 cinsin tərkibində 20-ə qədər növü daxildir. Təsərrüfat əhəmiyyətli cincləri – pambıq, kətan, əməköməci, gülxətmi və s. Bəzi sistematiklər pambıq cinsini (bombacaceae) müstəqil fəsilə kimi təqdim edirlər.
Biologiya terminlərinin izahlı lüğəti