lat. emancipatio – asılılıqdan azadolma
Müxtəlif növ asılılıqdan qurtulma, hər cür məhdudiyyət, basqı və xurafatın aradan qaldırılması, bərabər hüquqların əldə edilməsi.
E.-nın müxtəlif növləri var. Daha geniş yayılmış “qadınların E.-sı” məfhumu zərif cinsin nümayəndələrinin ictimai-siyasi həyatda, eləcə də məişətdə və ailə daxilində kişilərlə bərabər hüquqlar əldə etməsi anlamında işlənir. “Qulların E.-sı” deyildikdə onların azadlıq qazanması nəzərdə tutulur. “Yəhudilərin E.-sı” isə onlara qarşı bütün hüquqi məhdudiyyətlərin aradan qaldırılması mənasını verir.
Tarix terminləri lüğəti