Reklam
Reklam

Tarix terminləri lüğəti

ellinizm

lat. Hellenismos

Yunanıstanda və Aralıq dənizinin şərq sahili ölkələrində Makedoniyalı İsgəndərin hərbi yürüşlərindən (e.ə. 334–323) başlayaraq burada Roma imperiyasının hökmranlığı tam bərqərar olanadək (e.ə. 30-cu il) davam edən tarixi mərhələ.

E. termini ilk dəfə XIX əsrin 30-cu illərində alman tarixçisi İ.Q.Droyzen tərəfindən işlədilib. Tədqiqatçılar onu müxtəlif mənalarda şərh edirlər. Bununla belə, E. dövrünün konkret səciyyəvi xüsusiyyətləri var: Makedoniyalı İsgəndərin fəth etdiyi ərazilərdə onun ölümündən sonra yunan dili və mədəniyyətinin geniş yayılması; yunan mədəniyyəti ilə Şərq, ilk növbədə, İran mədəniyyətinin qarşılıqlı sintezi prosesinin güclənməsi; klassik quldarlığın yaranması. E. mərhələsində mədəni və iqtisadi fəallıq mərkəzlərinin Yunanıstandan tədricən Kiçik Asiya və Misirə keçməsi də müşahidə olunur.

See also:

Tarix terminləri lüğəti