Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əkmək1 [əx'məx'] feil

1. Sürülmüş yerə toxum atmaq, toxum səpmək. Nə əkərsən, onu biçərsən. (Atalar sözü).
2. Quyu şəklində qazılmış yerə ağac, kol və s. basdırmaq. Ağac əkmək. Tikan əkən, gül dərməz. (Atalar sözü).
3. Məcazi mənada: başlanğıcını qoymaq, binasını qoymaq. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. (Ə.Haqverdiyev).
4. Məcazi mənada: döl qoymaq, törətmək. Goruna od qalansın, ay bu sarsaq kişini əkən dədə! (Molla Nəsrəddin lətifələri).

əkmək2 [əx'məx'] isim

Çörək. Əkmək almaq.

əkmək3 [əx'məx'] feil

Hiylə və tədbirlə yola salmaq, yanından uzaqlaşdırmaq, rədd etmək, başdan eləmək. Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. (Mir Cəlal).

See also:

frazeologizm: başında turp əkmək frazeologizm: başını əkmək frazeologizm: bəlkəni əkiblər, bitməyib frazeologizm: əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş frazeologizm: qədir ağacı əkərlər frazeologizm: qışda bostan əkmək frazeologizm: yurdunda turp əkmək Azərbaycan dilinin izahlı lüğəti