Mərkəzi Asiyada Amudərya çayının yuxarı axarı boyunca cənub-qərb istiqamətində əsən çox güclü, tozlu quru külək.
Saniyədə 20 metrədək sürətlə bir neçə gün əsə bilir, torpağın münbit qatını sovurub aparır, tarlaları qumla doldurur. Yazın əvvəlində leysanlarla, qışda bəzən sulu qarla müşayiət olunur. Ə.K. soyuq hava axınının Turan çökəkliyinə daxil olması nəticəsində yaranır. Külək qalxmazdan əvvəl hava qızır, rütubət azalır, atmosfer təzyiqi aşağı düşür. Əfqanıstanın özündə külək tarixən qara-boran, XX əsrdə Mərkəzi Asiyada sovet hakimiyyəti mövcud olduğu illərdə badi-şurəvi (sovet küləyi) adlanıb.
Coğrafiya terminləri lüğəti