Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ədəbiyyat nəzəriyyəsi

Ədəbiyyatşünaslığın sahələrindən biri: bədii əsərlərin xüsusiyyətlərini, həyatı əksetdirmə prin­si­p­­lərini öyrənən elmi-ədəbi yaradıcılıq sahəsi.

Ədəbiyyat nəzəriyyəsinin araşdırdığı məsələlər, əsasən, üç istiqamətə ayrılır: 1) gerçəkliyin əks etdirilməsində obrazlılıq; 2) bədii mətnin strukturu; 3) ədəbi proses. Birinci istiqamət bədii təsvir və ifadə vasitələrini, estetik ideal anlayışını əhatə edir. İkinci istiqamətə əsərin ideyası, mövzusu, kompozisiyası daxildir. Üçüncü istiqamət özündə ədəbi növləri, janrları, metod və cərəyanları birləşdirir. Ədəbiyyat nəzəriyyəsi bədii ədəbiyyatın mahiyyətini, onun ictimai-mədəni prosesdə rolunu və əhəmiyyətini, bədii əsərin təhlili və qiymət­lən­dirilməsi prinsiplərini müəyyənləşdirir, bədii yaradıcılığın inkişafını istiqamətləndirən qanunauyğunluqları araşdırır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti