Qanunvericiliklə ölkə miqyasında digər dillərlə müqayisədə daha yüksək hüquqi statusa malik olan rəsmi ünsiyyət dili.
Hər bir ölkədə müxtəlif millətlərin nümayəndələri yaşaya bilər. Dövlət dili, adətən, çoxluq təşkil edən xalqın dili olur və siyasi, sosial, mədəni sahədə əsas ünsiyyət vasitəsi sayılaraq dövlətin simvolu hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti