Reklam
Reklam

Tarix terminləri lüğəti

dövlət çevrilişi

Ölkədəki hakimiyyətin qeyri-legitim üsullarla, qüvvədə olan konstitusiyanın və hüquqi normaların pozulması yolu ilə dəyişdirilməsi.

D.Ç., bir qayda olaraq, zorakılıqla müşayiət olunur, buna görə də insan tələfatı və dağıntılarla nəticələnir. Etimoloji cəhətdən D.Ç. və “inqilab” (lat. revolutio – çevriliş) terminləri eyniyyət təşkil edir, lakin “inqilab” anlayışı daha genişmiqyaslı və uzunmüddətli hadisələrə şamil olunur.

See also:

Tarix terminləri lüğəti