Reklam
Reklam

Tarix terminləri lüğəti

dövlət bayrağı

Dövlətin parça üzərində bir və ya bir neçə rəngli zolaqdan, fiqurdan ibarət rəsmi simvolu, dövlət suverenliyinin təcəssümü.

D.B.-nın təsviri, bir qayda olaraq, konstitusiya ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş konstitusiyasına görə, bu ölkənin D.B.-nın bərabər endə üç üfüqi zolağı var. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir, bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Bayrağın eninin uzunluğuna nisbəti isə 1:2-yə bərabərdir.

See also:

Tarix terminləri lüğəti