Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DÖNMƏZ azərb.

dönmaz (dönmak feili q.q. gəl. z.ink.) sözündən olub, qayıtmaz, geri gəlməz, sözünün üstündə dayanan, səbatlı, əzmli, dözümlü, qərarında möhkəm, ardıcıl, tutduğu yoldan dönməyən, çəkinməyən, həmçinin mərd, igid, əqidəsində möhkəm anlamlarını ifadə edir.

İlk dəfə C.Cabbarlının “Od gəlini” əsərində surətlərdən birinin adı kimi rast gəlinən Dönməz kişi adı xalq tərəfindən çox sevilmişdi. XX əsrin səksəninci illərinə qədər Dönməz kişi adı məişətimizdə geniş yayılmış şəxs adları sırasında olsa da, sonradan müşahidəediləcək dərəcədə azalmışdır. Dönməz kişi adı əqidəsində möhkəm (adam) mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti