Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dıqqılı

Füzuli, Kürdəmir, Qazax, Laçın, Mingəçevir, Ordubad, Şəki, Zəngilan

1. Balaca.  Dıqqılı uşağ kimi ağlama (Laçın); Məyi dıqqılı vaxtı veriflər ərə (Füzuli); Mən əvdən biy dıqqılı qıra gətiydim (Ordubad); Baxırsan, dıqqılı boyu var, amma özü çox biləndi (Şəki).

2. Azca, bir az, bir qədər.

Azərbaycan dilinin dialektoloji lüğəti