Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

digestiv isim fr. digestif, lat. digestivus – “həzmə aid”, “həzm etdirən”

Əsas yeməkdən sonra içilən, həzmi yüngülləşdirən içki.

Digestivlər əsasən spirtli içkilər olur, çünki spirt mədə fəaliyyətini aktivləşdirir, ağır yeməklərin həzmini asanlaşdırır və mədədəki qidaların parçalanmasını sürətləndirir. Bu içkilərin tərkibi çox vaxt bitki ekstraktları, ədviyyatlar (anis, darçın, mixək, ardıc, nanə və s.) olur, adətən acı, ədviyyəli və ya şirin dad verir. Digestiv içkilər əsasən likörlər (Baileys, Amaretto, Cointreau, Frangelico) və ağır spirtli içkilərdir (Konyaq, Brendi, Viski).

Azərbaycan dilinin izahlı lüğəti