Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dəyişdirmək [dəyişdirməx'] feil

1. Bir şeyi verib əvəzinə başqa bir şey almaq; mübadilə etmək. □ Mal dəyişdirmək.
2. Bir şeyi buraxıb, yenisini, başqasını işlətmək, təzələmək. □ Otağın bütün mebelini dəyişdirmək.
3. Bir şeyi başqası ilə əvəz etmək. □ Paltarını dəyişdirmək.
4. Bir işdən, vəzifədən, yaxud bir yerdən başqasına keçmək. □ Qulluğunu dəyişdirmək. Suyunu dəyişdirmək.
5. Tamamilə başqalaşdırmaq, başqa şəklə, başqa hala salmaq. □ Təbiəti dəyişdirmək. Əsərin quruluşunu dəyişdirmək.

Azərbaycan dilinin izahlı lüğəti