1. Klassik ədəbiyyatda astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah mənalarında işlənmişdir. □ Nizami! Lütf ilə soruşsan nəyəm? Sənin dərgahında aciz bəndəyəm. (M.Rahim).
2. İlahiyyat. Məcazi mənada: klassik ədəbiyyatda Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti (bəzən “Allah”, “həqq” sözləri ilə) mənalarında işlənmişdir. □ Allah, şükür dərgahına! (C.Məmmədquluzadə).
3. Məcazi mənada: ev. □ Peymanını pozan xəyal həmdəmim; Dərgahıma sayə salmayacaqdır. (S.Vurğun).