Reklam
Reklam

Tarix terminləri lüğəti

de-fakto

lat. de-facto – əslində, faktiki

Beynəlxalq hüquqda dövlətin, hökumətin, habelə digər subyektlərin rəsmi, lakin son və qəti olmayan tanınma forması.

D-F. tanınma siyasi və iqtisadi münasibətlərin məhdud səviyyəsi ilə səciyyələnir. Əksər hallarda D-F. tanınma müvəqqəti xarakter daşıyır və de-yure tanınmadan öncəki keçid mərhələsi hesab olunur; məs.: 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Antantanın Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini D-F. olaraq tanıyıb.

Tarix terminləri lüğəti