Məməlilər sinfinin cütdırnaqlılar dəstəsindən heyvan növü.
Qamətli və yüngül heyvandır. Möhkəm ayaqları və nazik boynu var. Quyruğu çox qısadır. Buynuzları böyük olmayıb (7-10 sm), qara və hamardır. Bədəninin uzunluğu 125-135 sm, yerdən hündürlüyü 70-80 sm, çəkisi 30-50 kq-a qədərdir. 8-9 yarımnövü var. Bunlardan 1-i – Qafqaz D.K. Azərbaycanda yaşayır. Təbii halda 10 ilə qədər ömür sürür.
Biologiya terminlərinin izahlı lüğəti