Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

cığa

ərəb. ciqqə

Başın ön və yan tərəflərinə tökülən tellər.

Qurbaniyəm, dərd cəkmişəm nəhanlar,

Xəyalım sevməkdi səntək cananlar,

Yanaşsa üzünə müştaq dəhanlar,

Nəfəs dəyər, cığaları yellənir.

                                             (“Qurbani”)

                               *

Dastanlarda cığalanmaq feilinə də rast gəlinir:

Köçdü, getdi xan çobanın elləri,

Cığalanmır sərv tellər, ay lələ!

Uçub bülbül, boş qalıbdı dalları,

Boş qaldı budaqlar, dallar, ay lələ!

                                  (“Abdulla və Cahan”)

Azərbaycan dastanlarının leksikası