Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cənab [cənap] isim ərəb

1. Arxaizm. Görünüşündən cəmiyyətin imtiyazlı təbəqəsinə mənsub şəxsə oxşayan adam; ümumiyyətlə hörmət, sayğı məqamında işlədilir.Bir cənab içəri daxil oldu.
2. İmtiyazlı cəmiyyətə mənsub şəxslərə, eləcə də başqa dövlətlərin nümayəndələrinə və ya vətəndaşlarına nəzakətlə müraciət forması.Cənab səfir. Cənab general.
3. Bəzən istehza, kinayə ilə deyilir.Bu cənablardan hər şey gözləmək olar.
4. İlahiyyat. Müsəlmanlarda: təzim ifadəsi olaraq Allahın, peyğəmbərlərin və ya müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilir; həzrət.

Azərbaycan dilinin izahlı lüğəti