Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çalışmaq [çalışmax] feil

1. Bir şeyi əldə etmək üçün səy göstərmək, əmək sərf etmək, səy və qeyrət göstərmək, cidd-cəhd göstərmək, əlləşmək.Hələ pilləkəndən enərkən Qulu Bəhramın qoluna girib, onu dəstədən kənara çəkməyə çalışdı. (Y.V.Çəmənzəminli).
2. Fəaliyyət göstərmək, işləmək; bir vəzifə daşımaq, bir peşədə işləmək. Eldarın fikrinə görə fabrik-zavodlarda və istehsalatda faydalı bir surətdə çalışa bilmək üçün qadınların savadı, yüksək təhsili olmalı imiş. (S.Hüseyn).
3. İşləyərək yaratmaq, hazırlamaq, yaradıcı əməklə məşğul olmaq (adətən "üzərində" sözü ilə).Dissertasiya üzərində çalışmaq.
4. Zəhmət çəkmək, əmək sərf etmək, əlləşmək, iş görmək.Kimindir sabahdan-axşama qədər; Yağışda, yağmurda çalışan əllər? (S.Vurğun).

See also:

frazeologizm: öz üzərində işləmək (çalışmaq) Azərbaycan dilinin izahlı lüğəti