Yerin geoloji tarixində iqlimin kəskin soyuması, qütb enlikləri ilə yanaşı, mülayim enliklərin də buz örtüyü altında qalmasıyla səciyyələnən böyük mərhələlər.
Bu mərhələlər vaxtaşırı təkrarlanıb və hər biri milyon, yüz min illərlə davam edib, Yer səthində fundamental dəyişikliklərə səbəb olub. Kembriyəqədərki eonda, Paleozoyda da B.D.-nin olduğu məlumdur, lakin yalnız ən müasir tarixi mərhələnin – Dördüncü dövr buzlaşmaları nisbətən yaxşı öyrənilib. Sonuncu buzlaşma dövrünün təxminən 110 min il əvvəl başladığı və 15-12 min il əvvəl bitdiyi güman edilir.
See also:
Coğrafiya terminləri lüğəti