Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

buxarlanma dərəcəsi

Hər hansı ərazidə faktik (real), yaxud mümkün (potensial) buxarlanmanın göstəricisi.

B.D. müxtəlif üsullarla – təcrübi yolla (məsələn, 100 m2. sahəsi olan hovuzda suyun səthinin neçə mm aşağı düşməsi ilə), formullarla (məsələn, vahid sahədə, vahid zaman kəsiyində kütlənin neçə kq/m² azalması ilə), xüsusi cihazlarla (məsələn, iç-içə yerləşdirilmiş iki metal silindrdən ibarət torpaq buxarlandırıcısı ilə) və s. ilə ölçülür. Faktik B.D. ərazidəki məhdud su ehtiyatı nəzərə alınmaqla real buxarlanmanın, mümkün B.D. isə ərazidəki mövcud atmosfer şərtləri daxilində, tükənməz su ehtiyatı olduğu şəraitdə potensial buxarlanma həddinin göstəricisidir.

See also:

Coğrafiya terminləri lüğəti