fr. bureau – büro, dəftərxana + yun. kratos – hakim, hakimiyyət
1. Xüsusi aparat vasitəsilə müəyyən siyasəti həyata keçirən, məxsusi funksiya və imtiyazlara malik idarəetmə sistemi.
2. Hökumət strukturlarının nümayəndələrindən, dövlət məmurlarından ibarət olub səlahiyyətləri və imtiyazlarına görə cəmiyyətin qalan hissəsindən fərqlənən təbəqə.
Termin XVIII əsrdə Fransada yaranıb və ilk vaxtlar yalnız mənfi mənada (süründürməçiliyin, işə qeyri-yaradıcı münasibətin və s.-nin sinonimi kimi) istifadə edilib.
Tarix terminləri lüğəti