Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bozarmaq [bozarmax] feil

1. Boz rəng almaq, bozlaşmaq. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. (M.S.Ordubadi).
2. Solmaq, rəngi qaçmaq, rəngi getmək. Qızın rəngi gül kimi bozarmışdı. (M.Hüseyn).
3. Yetişməyə başlamaq, biçilmək (dərilmək) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır.
4. Çiskinləşmək, tutqunlaşmaq; soyuqlaşmağa başlamaq, duman və soyuq olmaq. Havalar bozarmışdır; Ağ saqqallı qış gəlir. (S.Rüstəm).
5. Yaxınlaşmaq, əlamətləri görünməyə başlamaq. Payız bozarır, dağüstü şəhərinin özündə və ətrafında meşələrdə ağaclar lütləşir. (S.Rəhimov).
6. Bişməyə, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq.
7. Məcazi mənada: üzə qabarmaq; hörmətsizcəsinə, ədəbsizcəsinə, qabacasına cavab vermək, acıqlanmaq. Həsənov yenə bozarmaq istəyir, lakin cəsarət etməyib susur. (M.İbrahimov).

See also:

frazeologizm: bomboz bozarmaq frazeologizm: üzünə bozarmaq Azərbaycan dilinin izahlı lüğəti