Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

böyümək [böyüməx'] feil

1. Həcmcə və ya miqdarca artmaq, genişlənmək. □ Şiş böyümüşdür. Mikroskop altında mikrob yüz dəfə böyümüşdür. Adam işi böyüdər, iş adamı böyütməz. (Atalar sözü).
2. Artmaq, şiddətlənmək, güclənmək, qüvvətlənmək. □ Mübahisə böyüdü. Qovğa böyüdü. Söhbət böyüdü.
3. Boy atmaq, uzanmaq, yetişmək, inkişaf etmək. □ Uşaqlar böyüyür. Evkalipt ağacı çox tez böyüyür. Taxıllar bu il çox gec böyüdü. Ərkəsöyün böyüyən oğul avara olar. (Atalar sözü).
4. Hər hansı bir yerdə ömür keçirmək, yaşamaq, cavanlığını, uşaqlığını keçirmək. □ Uşaq yaxşı mühitdə böyüyür.
5. Vəzifəsi, rütbəsi, nüfuzu, hörməti artmaq; yüksəlmək. □ Onun vəzifəsi böyümüşdür.

See also:

frazeologizm: adı ilə böyüsün frazeologizm: əldə böyümək frazeologizm: əlinin altında böyümək frazeologizm: ət-yağ içində böyümək frazeologizm: gözləri böyümək frazeologizm: gözündə böyümək frazeologizm: qanadı altında böyümək frazeologizm: tikəsi ağzında böyümək frazeologizm: ürəyi böyümək frazeologizm: yağ-bal içində böyümək Azərbaycan dilinin izahlı lüğəti