1. Başını, boynunu uzadıb baxmaq, başını çıxarıb baxmaq. □ Pəncərədən boylanıb baxmaq.
2. Ümumiyyətlə, müşahidə aparmaq, qabağa-dala, sağa-sola baxmaq. □ Laçın dörd yanına boylandı. (M.Hüseyn)
3. Məcazi mənada: baxmaq. □ Boylanır qabağımda böyük bir əməl; Ucalır başım. (M.Müşfiq)
4. Məcazi mənada: görünmək, özünü göstərmək, baxmaq. □ Günəş uca dağların arxasından yenicə boylanmışdır.
5. Məcazi mənada: yüksəlmək, qalxmaq, ucalmaq, görünmək (hündür şey haqqında). □ Yaşıllıqlar arasından boylanan evlərin qırmızı damları görünür.