1. Əsl mənası “Allahın adı ilə” olub, dindar müsəlmanların bir işə başlarkən dua kimi işlətdikləri söz. □ ..bismillah deyib ayaq basmaq istəyirdi, yadına düşdü ki, indi Tahirzadə evdə olmaz. (Mir Cəlal)
2. Yeməyə dəvət. □ Boş süfrəyə nə bismillah?! (Atalar sözü)
3. Məcazi mənada: buyur, başla, elə, et mənasında. □ Qardaş, indi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan isə, bismillah, sözüm yoxdur. (Ə.Haqverdiyev)
4. Təəccüb bildirən nida kimi işlənir. □ Bismillah, belə də böhtan olar.
Azərbaycan dilinin izahlı lüğəti