1. E.ə. qədim Afinada mövcud olmuş ali hökumət orqanı.
İlk dövrlərdə bule (yun. bulē – şura, məclis) adlanıb. Lakin e.ə. VI əsrin sonunda Klisfenin islahatları nəticəsində üzvlərinin sayı artırılaraq 500-ə çatdırılmış bule B.Ş.-na çevrilib. B.Ş. Afinada, əsasən, icra hakimiyyətini həyata keçirib, bəzi dönəmlərdə isə qanun layihələrinin hazırlanması ilə də məşğul olub. İstənilən təbəqədən olan, yaşı 30-a çatmış hər bir Afina vətəndaşı B.Ş.-nın üzvü seçilmək hüququ qazanıb.
2. 1795–1799-cu illərdə Fransa qanunvericilik orqanının aşağı palatasının adı.
Tarix terminləri lüğəti